Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məhkəməni uduzduğu üçün vəkili və dostunu GÜLLƏLƏDİ

Məhkəməni uduzduğu üçün vəkili və dostunu GÜLLƏLƏDİ

Tarix: 23 Sentyabr 2023 15:20

Türkiyədə qətl hadisəsi olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Muğla rayonunun Bodrum qəsəbəsində baş verib. G.Ö. məhkəməni qazana bilmədiyi üçün vəkili Erdal Çamı və dostu olan sabiq icra məmuru Özcan Çavdarı odlu silahla başından vuraraq öldürüb. Məlumata görə, G.Ö. vəkili Erdal Çamla dostu Çavdar vasitəsilə tanış olub.

Bildirilir ki, G.Ö. Bordumda bir oteldə inzibatçı vəzifəsində çalışıb. 3 il əvvəl otel sahibi onu işdən çıxarmaq istəyib və bu zaman inzibatçı vəkil tutub. 3 il davam edən prosesdən sonra isə məhkəməni uda bilməyib.

Milli.Az


Etiketlər:  Məhkəməni uduzduğu üçün vəkili dostunu GÜLLƏLƏDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ