Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2023 16:56
ABŞ-ın ermənipərəst senatoru Bob Menendez Senatının Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən müvəqqəti olaraq istefa verib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, onun istefasına səbəb korrupsiya ittihamı ilə başlayan istintaqdır.
Qeyd edək ki, ABŞ Prokurorluğunun məlumatına əsasən, Menendez ABŞ-dan hərbi yardım üçün Misir hökumətinə lobbiçilik edib və həssas məlumatları ötürüb. Senatorun evinə baxış zamanı külli miqdarda nağd pul, dəbdəbəli avtomobillər və qızıl külçələr aşkar edilib.
Senator sentyabrın 27-də Nyu Yorkda məhkəmə qarşısına çıxacaq.
Xatırladaq ki, Menendezin erməni diasporundan aldığı külli miqdarda rüşvətə görə Azərbaycana qarşı kəskin mövqe tutduğu da bildirilir.