Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanın hakim partiyasında istefalar gözlənilir

Ermənistanın hakim partiyasında istefalar gözlənilir

Tarix: 23 Sentyabr 2023 18:16

Ermənistanın hakim "Mülki Müqavilə" Partiyasının bəzi üzvlərinin siyasi təşkilatdan istefa verəcəyi gözlənilir.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Ermənistanın "Past" nəşri yazıb.

Bildirilib ki, bir çox siyasətçi baş nazir Nikol Paşinyanın siyasətindən narazıdır: "Mülki Müqavilə"nin bəzi üzvləri deyirlər ki, onlar ictimaiyyət qarşısına çıxmağa utanırlar".

Qeyd olunub ki, gələcəkdə partiyanın sıralarının seyrələcəyi istisna deyil.

Xatırladaq ki, son günlər Ermənistanda hakimiyyət əleyhnə aksiyalar keçirilir. Etirazçılar N.Paşinyanın istefasını tələb edirlər.


Etiketlər:  Ermənistanın hakim partiyasında istefalar gözlənilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ