Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Maaşlar bu qədər artacaq

Maaşlar bu qədər artacaq

Tarix: 23 Sentyabr 2023 21:20

Qarşıdakı illərdə Azərbaycanda ortaaylıq əməkhaqqının hansı templə artacağı məlum olub. 

Milli.Az yenisabah.az-a istinadla xəbər verir ki, İqtisadiyyat Nazirliyinin hazırladığı yeni proqnoza əsasən, bu ilin sonunda ortaaylıq əməkhaqqı 930 manat təşkil edəcək. 

Ortaaylıq əməkhaqqının məbləği gələn il 980 manata, 2025-ci ildə 1038 manata, 2027-ci ilin sonunda isə 1153 manata çatacaq. 

Əməkhaqqının artım göstəriciləri hesablanan zaman ÜDM-in nominal həcminin 2023-cü ildəki 120 milyard manatdan 136 milyard manata qədər, dövlət büdcəsinin xərclərinin 36,6 milyard manatdan 40 milyard manata qədər artacağı, illik inflyasiyanın isə 9,5 faizdən 4,2 faizə qədər azalacağı ehtimalı nəzərə alınıb. Eyni zamanda nəzərə alınıb ki, Azərbaycanın ixrac etdiyi neftin qiyməti 60 dollar olacaq. 

Əgər qarşıdakı illərdə neftin ixrac qiyməti 60 dollardan çox yüksək olarsa, iqtisadiyyatda yaradılan əlavə dəyərin həcmi daha çox artarsa, eyni zamanda inflyasiya səviyyəsi daha da aşağı düşərsə, o zaman maaşlardakı artım sürəti bir qədər də yüksələcək. 

Qeyd edək ki, 2023-cü ilin avqustun 1-də ortaaylıq əməkhaqqı 925 manat olub. Bundan bir ay əvvəl orta əməkhaqqı 922 manat, üç ay əvvəl isə 900 manat idi. 

İlin sonunda orta maaş məbləğinin proqnoz məbləğdən bir qədər yüksək olması gözlənilir. 

Milli.Az


Etiketlər:  Maaşlar bu qədər artacaq


RƏYLƏR