Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2023 02:54
Bu orqanın disfunksiyası hormonların həddindən artıq ifrazında (tireotoksikoz) və onların çatışmazlığında (hipotireoz) özünü göstərə bilər.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiyalı endokrinoloq, onkoloq, cərrah Viktor Makaryin məlumat verib.
Birinci halda, qalxanabənzər vəzlə bağlı problemin simptomları arasında narahatlıq, tərləmə, stressə qarşı davamlılığın azalması (pilləkənlə bir neçə pillə qalxdıqdan sonra nəfəs darlığı) və əhvalın qəfil dəyişməsi ola bilər.
Hipotireoz zamanı insan halsız, zəif olur, daim apatiya və yuxusuzluqdan əziyyət çəkir. Bu zaman insanın üzündə şişlik və artıq çəki problemləri yarana bilər (maksimum iki kiloqram).
"Qeyd olunan bu simptomlardan hər hansı biri həkimə müraciət etmək üçün səbəbdir", - deyə Makaryin bildirib.
Hormon çatışmazlığı zamanı mütəxəssislər qalxanabənzər vəzinin funksiyasını tənzimləyən əvəzedici terapiya tövsiyə edirlər.