Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hökumət İrəvan metrosunu bağladı

Hökumət İrəvan metrosunu bağladı

Tarix: 24 Sentyabr 2023 12:45

İrəvan metrosunda yenə nəsə baş verib: o, işləmir, amma səbəbi hələ də məlum deyil.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə erməni mediası xəbər yayıb.

Məlumata görə, səhər saatlarından paytaxt metrosunun qapıları bağlı qalıb. Metronun mətbuat xidməti zənglərə cavab vermir. Son anda yayılan xəbərdə deyilir ki, İrəvan metrosu bütün gün bağlı olacaq. Belə ki, dünənki qəzadan sonra bütün qatarlar yoxlanılır
P.S.Paytaxt metrosunun mətbuat xidməti xəbər yayıb ki, problemin aradan qaldırılmasına baxmayaraq, sərnişinlərin təhlükəsizliyi üçün bütün işləyən qatarlarda araşdırma aparılması qərara alınıb. İşin gün ərzində aparılması planlaşdırılır.

İstisna deyil ki, metronun qapadılması İrəvanda bu gün keçiriləcək etiraz aksiyası ilə bağlıdır.

Milli.Az


Etiketlər:  Hökumət İrəvan metrosunu bağladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ