Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2023 23:40
Bu ilin son doqquz ayında İranın təhlükəsik qüvvələri müxtəlif şəhərlərdə azı 110 uşaq və şagirdi, o cümlədən 43 müəllimi həbs ediblər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
Həbs edilən 17 müəllim və 5 şagird isə şallaq cəzasına məhkum ediliblər. Məlumata görə, İran hökuməti tərəfindən həbs edilən şagirdlər etnik kürd və bəluclardır.
Təşkilatın bildirdiyinə görə, İran məhkəməsi son 9 ayda 18 yaşdan kiçik şagirdlərə ümumilikdə 9 il 5 ay həbs və 148 şallaq cəzası verib.
17 müəllimə isə 61 il 11 ay həbs və iki müəllimə müvafiq olaraq 74 və 70 şallaq cəzası hökmü oxunub.