Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2023 08:14
Bazar günü naməlum şəxs Kubanın Vaşinqtondakı səfirliyinə iki "Molotov kokteyli" atıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilla sosial şəbəkədə bildirib.
"Kubanın ABŞ-dəki səfirliyi iki "molotov kokteyl"i atan şəxs tərəfindən törədilən terror aktının hədəfinə çevrilib. Diplomatik missiyanın əməkdaşları arasında itki yoxdur", - nazir deyib.
Diplomat qeyd edib ki, bu, 2020-ci ildən bəri Kubanın ABŞ-dəki diplomatik missiyasına ikinci hücumdur.