Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2023 13:34
Qırğızıstanda kişi uşaqları ilə görüşmək istəsə də, keçmiş arvadı uşaqları ona göstərməkdən imtina edib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bir müddət sonra hüquq-mühafizə orqanları bunun səbəbini müəyyən ediblər: heç demə, qadın bütün uşaqları satıbmış.
Çuy vilayətinin polis idarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, satılmış uşaqların atası, Sokuluk kənd sakini polisə müraciət edib.
Kişinin 22 yaşlı keçmiş həyat yoldaşı ona uşaqlarını göstərmədiyi barədə şikayətindən sonra təhqiqat aparan müstəntiqlər müəyyən ediblər ki, gənc qadın 2021-ci il martın 7-də qız uşağı dünyaya gətirib və onu Moskvadan olan qadına satıb. Bir il sonra qadın bir oğlan doğub, onu da satıb. Sonrakı il doğulan qız uşağı da satlığa çıxarılıb və alıcısı tapılıb.
Faktla bağlı polis Qırğızıstan Cinayət Məcəlləsinin 167-ci ("Uşaq alveri") maddəsi ilə cinayət işi açıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi həbs edib.
Polis əlavə edib ki, insan alverinə məruz qalan uşaqların hamısı tapılıb.