Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Separatçılar özlərini nə vaxt “buraxacaq?” - Qaçış planı...

Separatçılar özlərini nə vaxt “buraxacaq?” - Qaçış planı...

Tarix: 25 Sentyabr 2023 16:30

Qarabağda separatçıların təslim olmasından sonra təmizləmə işləri sürətlə davam edir: erməni silahlı dəstələri tərki-silah edilir, artıq onların Ermənistana getməsi üçün dəhlizlər ayrılıb, eyni zamanda, Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən mülki ermənilərin də təhlükəsiz çıxışına şərait yaradılır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu prosesdə açıq qalan suallardan biri separatçı rejimin özünü "buraxdığını" nə vaxt elan edəcəyidir?

Faktiki separatçı rejim artıq fəaliyyətsizdir, qondarma "rəhbərlərinin" səssizliyi də bunu deməyə əsas verir. Lakin açıq şəkildə özlərini "buraxdıqlarını" elan etmələri də gözlənilir. Erməni mənbələr yazır ki, silahların təhvil verilməsi, erməni hərbçilərin və getmək istəyən mülki ermənilərin Azərbaycan ərazisindən çıxışı prosesi başa çatandan sonra separatçılar açıq şəkildə özlərini "buraxacaqları"nı elan edəcəklər.

Lakin separatçıların keçmiş və hazırkı "rəhbərliyi" arasında təmsil olunanlar həbs olunmamaq üçün erməni əhalisini Ermənistana daşıyan avtobuslarda qaça bilərlər.

Milli.Az


Etiketlər:  Separatçılar özlərini vaxt buraxacaq Qaçış planı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ