Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2023 08:06
Şimali Koreya COVİD-19 pandemiyasının başlanmasından sonra tətbiq edilən məhdudiyyətləri aradan qaldıraraq, sentyabrın 25-dən əcnəbilərin ölkəyə daxil olmasına icazə verib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Çinin CCTV telekanalı məlumat yayıb.
Məlumata görə, Şimali Koreya hakimiyyətinin əmrinə uyğun olaraq, bütün əcnəbilər ölkəyə gəldikdən sonra iki günlük karantindən keçməli olacaqlar.