Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Son bir ayda problemli kreditlər ARTIB

Son bir ayda problemli kreditlər ARTIB

Tarix: 26 Sentyabr 2023 10:52

Bu il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 534,3 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 8 % çoxdur.

Bununla belə, ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 10 %, son 1 ildə isə 19 % azalıb.

Bu il avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,4 % təşkil edib. Bu nisbət iyulun sonuna 2,2 %, ötən ilin sonuna 2,9 %, ötən il avqustun sonuna isə 3,4 % olub.


Etiketlər:  ayda problemli kreditlər ARTIB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ