Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu, dünya müharibəsinə yol açacaq - Latviya Prezidenti

Bu, dünya müharibəsinə yol açacaq - Latviya Prezidenti

Tarix: 26 Sentyabr 2023 11:40

Ukraynanın Rusiyaya qarşı müharibədə məğlubiyyəti Üçüncü Dünya müharibəsinə səbəb ola bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviç deyib.

"Əgər Rusiya Qərbin birləşmədiyini, Ukraynanı kifayət qədər dəstəkləmədiyini görsə, o zaman biz Rusiya tərəfindən NATO üzvlərinə qarşı növbəti təxribatların olacağından həqiqətən qorxmağa başlamalıyıq. Əgər təcavüzkarın qarşısı alınmasa, təcavüzkar bacardığı qədər irəli gedəcək. Üçüncü Dünya müharibəsinin qarşısını almağın ən yaxşı yolu Ukraynaya var gücümüzlə kömək etməkdir. Biz Ukraynanı istədiyi hər şeylə təmin etməliyik", - Rinkeviç bildirib.

Milli.Az


Etiketlər:  Bu dünya müharibəsinə yol açacaq Latviya Prezidenti


RƏYLƏR