Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oliqarxın yaxtası sakinlər üçün kabusa çevrildi - FOTO

Oliqarxın yaxtası sakinlər üçün kabusa çevrildi - FOTO

Tarix: 26 Sentyabr 2023 14:28

Karib dənizində yerləşən Antiqua və Barbuda ada dövlətinin sakinləri rusiyalı iş adamı Andrey Quryevə məxsus olduğu ehtimal edilən "Alfa Nero" yaxtasını maliyyələşdirməkdən beziblər.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, ada sakinləri ABŞ sanksiyalarına məruz qalmış yaxtanın saxlanması üçün hər həftə 28 min dollar vergi ödəyirlər. Eyni zamanda da ölkədə vəsait çatışmazlığı yaşanır.

Bununla bağlı "The Wall Street Journal" nəşrində yazı dərc olunub.

"Bu, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar və Rusiyanın müsadirə edilmiş milyardlarla dollarlıq aktivlərinin idarə edilməsində yaranan çətinliklərin üzən bir xatırlatmasıdır. Bu, həmçinin 93 min əhalisi olan kiçik bir ölkə üçün də kabusa çevrilib. Ölkənin nağd pul çatışmazlığı yaşayan vergi ödəyiciləri hazırda yaxtanın saxlanması üçün həftədə 28 min dollar ödəyirlər", - deyə nəşr qeyd edib.

Bildirilib ki, vətəndaşların ödədikləri vergilərə yaxta kapitanının maaşı da daxildir ki, kapitan gəmidə kondisionerin işini tənzimləmək öhdəliyinə sahibdir. Belə ki, kondisioner söndürüləcəyi təqdirdə iki gün ərzində bütün gəmini kif basır. Məqalədə həmçinin yaxtanın ABŞ-nin sanksiyaları altında olan rusiyalı biznesmen Andrey Quryevə məxsus olduğu da qeyd edilib.


Etiketlər:  Oliqarxın yaxtası sakinlər üçün kabusa çevrildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ