Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2023 12:03
"Ermənilər hər zaman müttəfiqlərinə xəyanət ediblər və hazırkı vəziyyətə görə də özləri günahkardırlar".
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu sözləri erməni jurnalist Lilit Kostanyan özünün "Facebook" səhifəsində yazıb.
"Əsrlər boyu biz o qədər problemin həlli həvəsində deyildik ki, nəticədə problem fəlakətə çevrilirdi. Biz isə oturub ağlayırdıq, gileylənirdik, barəsində qəsidələr yazıb qəmli mahnılar bəstələyirdik, inildəyirdik, faciələrimiz üzərində biznes qururduq, sonra da bütün dünyanı bizə kömək etmədiyi üçün günahlandırırdıq.
Amma heç vaxt etiraf etmirdik ki, dünya ilə necə düzgün "dostluq" quracağımızı bilmirik. Biri ilə müttəfiq olacağıq, sonra onu tərk edib başqa birinə qaçacağıq, sonra digərini də tərk edəcəyik, və bu beləcə davam edəcək.
Amma heç bir halda etiraf etməyəcəyik ki, bizlə bu cür davrandıqları üçün biz və ancaq biz özümüz günahkarıq.
Hərdən fikirləşirəm ki, biz 21-ci əsrə qədər necə sağ qala bilmişik?
Ola bilsin ki, Allah hələ də bizi unikal bir nümunə kimi qoruyub saxlayır", - deyə Lilit Kostanyan qeyd edib.