Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əməkdar artist: "Vətəni sevmək gözəldir, amma özünü ölümə.." - FOTO

Əməkdar artist:

Tarix: 29 Sentyabr 2023 17:10

"Bilmirəm... Sözlərim boğazımda düyünlənib və bəlkə də uzun müddət buna heç inanmayacağam. Bəlkə də elə ən düzü bu olacaq. Hazırda şəkillər məni aldatmağa çalışır: əslində o ölməyib, ünvanını dəyişib".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkə hesabında yazıb. Müğənni ötən gün dünyasını dəyişən millət vəkili Qənirə Paşayeva ilə bağlı xatirələrini bölüşüb:

"Bilirəm ki, yazdıqlarımın da ona artıq heç bir  faydası da yoxdur. Ürəyim də aldatdı məni, inandırdı ki, yaxşı olacaq. Qənirə Paşayeva, gözəl insan, insanların dadına yetişən bacım, hara yoxa çıxdın? Belə də getmək olardı? Nə dedin getdin? Son sözün nə oldu? Peşman idim deyəm ki, Şəfiqə Axundova,Tahir Əkbər, Xanım Qafarovanın və ya kiminsə halı pisdi. Çatırdım ki, məndən əvvəl xəstəxanadasan. Hörmətli, yaraşıqlı, məclislər yaraşığı bacım, hara getdin? Belə gedərlər?

Kaş ki, ölkədən köçüb gedərdin. Amma cavan yaşında qəbirə girməyəydin. Yuxumuzu ərşə çəkən, sən özün buna necə dözərdin? Bizə niyə bu zülmü yaşatdın? Min dəfə dedim ki, özünə dinclik ver, bir az istirahət et. Vətəni sevmək, onun qulluğunda durmaq gözəldir. Amma özünü ölümə sürükləyənədək yox. Axı sən bu vətənə gərəkli idin. Deyirdin ki, vaxt yoxdur. Düz deyirmişsən. Vaxtın yox imiş, mən bilməmişəm. Heç olmasa getdiyin yerlərdə özünü qoru". 

Milli.Az


Etiketlər:  Əməkdar artist Vətəni sevmək gözəldir amma özünü ölümə FOTO


RƏYLƏR