Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropa İttifaqı tanınmayan ”birlik” seçdi: Bakıda “təlim”in məqsədi nədir?

Avropa İttifaqı tanınmayan ”birlik” seçdi: Bakıda “təlim”in məqsədi nədir?

Tarix: 29 Sentyabr 2023 23:09

Postsovet məkanında Azərbaycan unikal sosial-siyasi mühitə malikdir. Yeganə ölkəyik ki, hakimiyyətlə xalq arasında ümdə, taleyüklü, gələcəyi bəlirləyəcək məsəllələrdə tam fikir birliyi var.

Sosiumla hakimiyyət arasındakı bu ideoloji birlik, siyasi homogenlik süni yaradılmış və təzyiqlər vasitəsilə qorunan konstruksiya yox, cəmiyyətin sosial çağırışı, insanların istəyidir.

Yeganə dövlətik ki, Prezidentə siyasi və sosial dəstək real olaraq 99,99 faiz həddindədir. Bunu istənilən sosioloji sorğu, rəy təhlili və hətta anonim respondensiya vasitəsilə yoxlayaraq təsbit etmək asandır.

İkinci Qarabağ Müharibəsindən sonrakı dövrdə yürüdülən daxili və xarici siyasət, daha sonra lokal antiterror tədbirləri və sonucda Xankəndindəki separatçı xuntanın kapitulyasiyanı qəbul etməsi çox ciddi uğurlardır.

Bu hadisələr Cənubi Qafqazdakı geosiyası reallıqları dəyişdi və bölgədə sülhlə stabilliyin bərqərarına təkan verdi.

Sadaladığımız proseslərdə ölkəmizi dəstəkləyən, habelə beynəlxalq hüququn üstünlüyünü qəbul edərək Bakının ermənilərə qarşı yox, erməni separatçılara qarşı mübarizə apardığını qəbul edən dövlətlərlə təşkilatlar çoxdur.

Lakin Azərbaycanın güclənməsini, ciddi önəm kəsb etməsini qəbul etməyən, ölkəmizi zəif duruma salmağa çalışan qurumlarla ölkələr də mövcuddur.

Məhz bunlar indi cəmiyyətdə qarşıdurma, çaşqınlıq, xof, anlaşılmazlıq yaratmağa, hakimiyyətlə xalq arasında bəhs etdiyimiz bağları zəiflətməyə yönəlmiş cəhdlər edirlər.

Həmişə olduğu kimi, kollektiv Qərb səhvlərini təkrarlayır, hadisələrə təsir imkanlarını bilmərrə itirən və ya bu imkanlara ümumiyyətlə, malik olmayan qüvvələrə stava edir, onları maliyyələşdirir.

O qüvvələr arasında Azərbaycanın müxalifət düşərgəsinin radikalların toplaşdığı yığnaqla yanaşı, siyasi və ictimai önəmi total sıfırdan az fərqlənən strukturlar var. Belə strukturların seçilməsi cəmiyyətdəki proseslərə sirayət etmək taktikasında qeyri-hökumət təşkilatlarından (QHT) yararlanmaq istəyi ilə bağlıdır.

Məsələn, "İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü" İctimai Birliyi kimi.

Avropa İttifaqının maliyyə dəstəyilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı 40 min dollara yaxın vəsaiti cəmiyyətlə yanaşı, ölkədəki QHT cameəsində çox az adamın tanıdığıöu İB-yə ayrılıb.

Sözügedən İB 16 il əvvəl yaradılmasına rəğmən, indiyədək heç bir ciddi sosial layihədə, prosesdə iştirak etməyib. Uzun adlı İB-nin rəhbərliyini və ya təmsilçilərini ölkədəki QZT-lərin ən müxtəlif aksiyalarında da görənlərin sayı minimal həddən artıq deyil.

Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əsas prinsiplərindən biri sosial şəbəkələrdə aktivlik və populyarlıqdır.

Lakin "İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü" İB barədə belə deyə bilmərik. Adi misal: adı çəkilən İB Facebook-da səhifəsini bu ilin mayın 8-də yaradıb və cəmi 28 izləycisi var.

28 nəfərlik auditoriyaya malik kiçik QHT-nin "qəflətən" böyük məbləğdə qrant alması təsadüf sayıla bilərmi?

Bundan başqa, dünyanın istənilən ölkəsində qeyri-hökumət təşkilatının fəaliyyətinin əsas şərtlərindən biri veb-saytın, yəni İnternet təmsiçiliyinin olmasıdır.

"İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü"nin 16 illik "tarix"i olsa da, veb-saytı hələ də yoxdur.

Amma bütün bunlara rəğmən, aprior qaydada qrant ayırma şərtləri ağır olan, yüksək seçim meyarlarından fasiləsiz bəhs edən Avropa İttifaqı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı bu təşkilata böyük miqdarda maliyyə vəsaitləri ayırmağa əsla tərəddüd etməyiblər.

Niyə?

Vüqar Hüseynovun sədrlik etdiyi bu birliyin fəaliyyətinə "fəal dəstək" verən şəzslərdən biri də "layihə hüquqşünası" təqdimatı ilə ön plana çıxmayan Mirəli Hüseynovdur.

İB-nin sədri Vüqar Hüskynovun bir zamanlar "Demokratiyanı Öyrənmə" ictimai birliyində Mirəli Hüseynovla birgə çalışdığını xatırlasaq, " İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü"nün fəaliyyətinin geniş auditoriyaya bildirilməyən məqamlarını anlamaq olar.

Dediyimiz kimi, reprezentativlik imkanları çox zəif, ictimai nüfuzu və təşkilati təcrübəsi minimum olan "İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü" İB çap və rəqəmsal media orqanlarında fəaliyyət göstətən jurnalistlər və bloqqerlər üçün "Sosial müdafiə hüquqlarının həyata keçirilməsi vəziyyətinin mediada işıqlandırılması" mövzusunda 2 günlük təlim təşkil edəcək.

30 sentyabr-1 oktyabr tarixləri üçün nəzərdə tutulmuş təlimlə bağlı daha sonra vurğulanır: "Təlim təşkilatın həyata keçirdiyi ``Həssas insanların sosial təminat hüquqlarının təşviqi və səmərəli müdafiəsi üçün yerli bacarıqların artırılması`` layihəsi çərçivəsində baş tutur. Avropa İttifaqının maliyyə dəstəyilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının icra etdiyi "Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi" proqramı tərəfindən dəstəklənən bu layihə ümumilikdə aztəminatlı ailələr, qadınlar, əlillik və digər səbəblərdən həssas vəziyyətdə olan şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılmasını hədəfləyir. Layihənin xüsusi məqsədlərindən biri də sosial təminat hüquqlarının həyata keçirilməsinə dair məsələlərin mediada daha geniş işıqlandırılması, bu sahədə ictimai məlumatlılığın və ictimai müzakirələrin artırılmasında medianın iştiakını gücləndirməkdən ibarətdir".

Yəni İB "həssas qrupların nümayəndələri" saydığı şəxsləri Bakıda təlimə yığaraq "maariflərdirmə və məlumatlandırma" aparmaq istəyir. Əsas məqsəd cəmiyyətdə potensial narazı qrupları müəyyənləşdirmək, onlarda sosial və siyasi narazılığı gücləndirmək, sonradan sifariş və ya tapşırıq alınanda həmin şəxslərdən yararlanmaqdır.

Sadalananlar cəmiyyətdə süni gərginlik yaratmaq cəhdləri kimi dəyərləndirilə də bilər.

Belə istəklərin isə sifarişçilərinin kimliyi, onların gerçək məqsədləri bəlli.

Bəs yaxşı, "İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü"nün təlimlərin keçirilməsi üçün məkan qismində müraciət etdiyi hotelin rəhbərliyinin və menecmentinin bu QHT-nin gerçək məqsədlərindən, fəaliyyət prinsiplərindən xəbəri varmı?

Yoxdursa, gec deyil, məlumatlansınlar.

Milli.Az


Etiketlər:  Avropa İttifaqı tanınmayan birlik seçdi Bakıda təlimin məqsədi nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ