Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xərçəngin müalicəsinə bu iki amil təsir edir - AÇIQLAMA

Xərçəngin müalicəsinə bu iki amil təsir edir - AÇIQLAMA

Tarix: 29 Sentyabr 2023 23:48

İnsanın emosional vəziyyəti və xarakteri onun sağlamlığına təsir göstərir. Məsələn, bu iki amil xərçəngin nə ilə nəticələnəcəyini müəyyən edə bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə alim, Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin psixologiya fakültəsinin neyro və patopsixologiya kafedrasının müdiri, psixoloq Aleksandr Txostov.

"Psixosomatika hər hansı bir xəstəliyin inkişafına psixoloji amilin töhfə verdiyini nəzərdə tutur, lakin bu, əsas amil deyil. Buna, məsələn, insanın davranışı: onun nə qədər riskli həyat tərzi sürməsi, gigiyena qaydalarına riayət edib-etməməsi və ya pis vərdişlərinin olub-olmaması aiddir. Məsələn, miokard infarktı keçirməyə meyilli insanlar, adətən aktiv (stenik) xarakter daşıyırlar, onlar istədikləri şeyə nail olmurlar, hər şeyə can atırlar", - deyə psixoloq izah edib.

Xərçəng xəstələrinə gəldikdə, Txostovun sözlərinə, çox şey onların xasiyyətindən asılıdır.

"Mən 15 il xərçəng mərkəzində işləmişəm və görmüşəm ki, uğur qazanacağına ümid edən insanların xərçəngə qalib gəlmək şansları daha yüksəkdir, uzanıb xəstəliyi ilə barışan insanlar isə daha tez solub gedirlər. Sadəcə, birincilər həkimin tövsiyələrinə daha yaxşı əməl edir, bütün prosedurları vaxtında edir, ikincilər isə mübarizəni dayandırırlar", - deyə mütəxəssis izah edib.

Bundan əlavə, Txostov qeyd edib ki, insanlarda həyəcan və depressiya immunitetin zəifləməsinə gətirib çıxarır, bu isə digər xəstəliklərə yol aça bilər, lakin özləri buna səbəb olmur. Həyəcan da insanın öz hisslərini şişirtməsinə səbəb ola bilər. Bu zaman artıq hipoxondriya haqqında danışa bilərik.

Milli.Az


Etiketlər:  Xərçəngin müalicəsinə bu iki amil təsir edir AÇIQLAMA


RƏYLƏR