Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusdan sağalmağı sürətləndirən QİDALAR

Koronavirusdan sağalmağı sürətləndirən QİDALAR

Tarix: 30 Sentyabr 2023 05:18

COVİD-19-dan əziyyət çəkən xəstələrə bitki qidaları yeməyi tövsiyə edilir.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu barədə dietoloq Rimma Moisenko danışıb. 

O, bitki qidaları və giləmeyvənin xüsusilə faydalı olduğunu deyib. Həkimin sözlərinə görə, onlar xəstəlikdən daha tez sağalmağınıza kömək edəcək və immunitet sisteminizi dəstəkləyəcək. Həkim qeyd edir ki, giləmeyvə çox miqdarda C vitamini və digər antioksidantlardan ibarətdir.

Poliprenollar və polifenollar kimi antioksidanlar xəstəlikdən sonra xüsusilə faydalıdır. Onlar, məsələn, aronia, qara və qırmızı qarağat və moruqda olur. Giləmeyvə həmçinin qan damarlarımız, ürəyimiz, oynaqlarımız, dərimiz və həzm sistemimiz üçün lazım olan qidaları daşıyır. Pəhriz lifi, askorbin və fol turşuları kimi vitaminlər, E vitamini, bioflavonoidlər, kalium, silisium kimi minerallar - bütün bu maddələr giləmeyvə tərkibindədir.

Onların sayəsində bədən lif, vitamin B9, fol turşusu və əlavə antioksidanlar alır. Bütün bunlar həm də koronavirus xəstəliyindən sonra reabilitasiyanı sürətləndirir.


Etiketlər:  Koronavirusdan sağalmağı sürətləndirən QİDALAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ