Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2023 18:10
Bu gün müğənni-bəstəkar Rəhim Rəhimlinin ölümündən 1 il ötür.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, ifaçı 2022-ci il sentyabrın 30-da gecə saatlarında dünyasını dəyişib. Onun ürəktutmadan vəfat etdiyi açıqlanıb.
Rəhim vəfatından əvvəl ağır xəstə olsa da, bunu hər kəsdən gizlədib. Onun sirrozdan əziyyət çəkdiyi, ayaqlarının şişdiyi, yeriməkdə çətinlik çəkdiyini yaxınları açıqlayıb.
Rəhim Rəhimli 1979-cu ilin 7 iyun tarixində Ağdamda anadan olub. Azərbaycanlı bəstəkar, müğənni, aktyor 2006-cı ildən səhnədə idi.
Ekstravaqant tərzi ilə diqqət çəkən sənətçi, çoxsaylı klipləri və mahnıları ilə tanınır. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi "MTV Azərbaycan" kanalının direktoru işləyib.
Rəhim türkiyəli şoumen Mehmet Əli Ərbilin şousuna qatılmış, həmin vaxt aparıcı onu "Azərbaycanın Tarkanı" adlandırıb. O, çıxışı ilə proqramdakıları heyran etmişdi.
"Yetər", "Olmadı", "Saçına qurban", "Tərki dünya", "Qızlar", "Quzu kəsərəm", "Dön geri", "Qal yana-yana" kimi məşhur mahnılar məhz Rəhimin repertuarında yer alıb.
O, eyni zamanda bəstələri ilə də məşhur olub. Aygün Kazımovanın "Hər şey düzələr", Niyam Salaminin "Son yarpaq", Flora Kərimovanın "Elə bilirdim" kimi bir çox mahnıların musiqisi məhz Rəhimə məxsusdur.
45 yaşında dünyasını dəyişən müğənni Bülbülə qəbiristanlığında dəfn olunub.