Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2023 06:08
Mütəxəssislər bir sıra amilləri təhlil edərək ən pis turistik yerlərin reytinqini tərtib ediblər.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, ən pis reytinqə malik Hollivudda yerləşən Şöhrət Xiyabanıdır. İkinci yerdə İstanbuldakı Qapalı Çarşı ( Türkiyə ) qərarlaşıb. Turistlər Qapalı Çarşı ilə bağlı malların keyfiyyətsizliyini, zəif seçim və satıcıların müdaxiləsini qeyd ediblər.
Üçüncü yeri Hindistanın Aqra şəhərindəki Tac-Mahal məqbərəsi tutub. Turistlər hər addımda onları izləyən tacirlərdən şikayətləniblər.
Səyahətçiləri məyus edən digər yerlər arasında Floridadakı Buş Bağçaları (ABŞ), Lotte World, həmçinin Everland əyləncə parkları ( Cənubi Koreya ), Honq-Konqdakı Viktoriya Limanı eləcə də Okean Parkı, Yaponiyadakı Fuşimi İnari məbədi və Böyük Çin səddi yer alıb.