Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2023 12:46
Maldiv adalarının hazırkı Prezidenti İbrahim Məhəmməd Solih rəqibi - Məhəmməd Muizzunun seçkilərin ikinci turunda qələbəsini tanıyıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Dhauru"ya istinadən xəbər verir.
"Prezident seçkilərinin qalibi Məhəmməd Muizzunu təbrik edirəm", - o sosial şəbəkədə qeyd edib.
Şənbə günü Maldiv adalarında səsvermənin ikinci turu keçirilib. Onun ilkin nəticələrini yerli informasiya portalı "Dhauru" dərc edib, ona görə, Muizzu 53,8 %, Solih 46,2 % səs toplayıb. Ümumilikdə seçkilərdə 241 mindən çox insan səs verib, seçici fəallığı 85 %-i ötüb.
Maldiv adalarında prezident seçkilərinin birinci turu sentyabrın 10-da keçirilib, lakin əsas namizədlərdən heç biri 50 %-dən çox səs toplaya bilməyib.