Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2023 02:48
Balıq yağı bir çoxlarının uşaqlıqda qəbul etdiyi, kəskin qoxusu və dadı olan bir qida əlavəsi kimi yadında qalıb.
İndi balıq yağını yağlı okean, dəniz balıqlarından yox, apteklərdə axtarırıq. Çünki yaxşı balıq yemək hər an nəsib olmur. Amma balıq yağı isə orqanizmə lazımdır.
Həqiqətənmi balıq yağı bizə bu qədər vacibdir?
Sonxeber.net medicina.az-a istinadən balıq yağının fayda və zərərlərini təqdim edir.
Balıq yağı əslində heyvani yağ olub, balıqdan alınır. Məhz yağlı balıqda doymuş yağ turşuları Omeqa 3, 6, fosfor, A, D vitamini var.
İnsan orqanizmi müstəqil olaraq Omeqa və D vitamini sintez edə bilmir, ona görə onu kənardan almalıyıq.
Balıq yağının faydaları nədir?
Daha çox kosmetoloq və dietoloqlar onu tövsiyə edir. Çünki balıq yağı dəri, saçlar, dırnaqların gözəlliyi, cavanlığı üçün əvəzsizdir.
Sübut olunub ki, balıq yağı dəridə, baş dərisində iltihabi prosesləri azaldır, epidermal baryeri qoruyur. Dəri qıcıqlanması, qabıqlanması, qırış, səpkilərdə təyin olunur.
Eləcə də saçları və dırnaqların zəifliyi zamanı lazımdır.
Balıq yağı əzələ kütləsinin yığılması, bədənin normal çəkidə, amma formada qalmasını təmin edir. Arıqlayanlar üçün maddələr mübadiləsini sürətləndirmək üçün lazımdır.
Balıq yağı sinir əsəb sistemini də möhkəmləndirir. Beyin 60% Omeqa 3 yağlarından ibarətdir. Omeqa 3 çatışmayanda beyin funksiyaları əziyyət çəkir. Ona görə istənilən nevroloji, psixoloji problemlərdə balıq yağı tövsiyə edilir.
Alsgeymer, Parkinson, şizofreniyanın da qarşısını almaq üçün Omeqa yağ turşuları lazımdır.
Ürək-damar sistemi
Omeqa -3 damarların tutulması, tıxanması, ateroskleroz, tromb, qanın qatılaşmasına qarşıdır. Ürək damar xəstəlikləri üçün balıq yağı vacibdir
Omeqa həm də gözlərin maddəsidir. Yaşlanma ilə bağlı görmənin zəifləməsinə qarşı qədimdən balıq yağı tövsiyə ediblər.
Təhlükəsi
Balıq yağı bir çox xroniki xəstəlikləri olanlara olmaz
- Qaraciyər və böyrək çatışmazlığı
- Zəhərlənmədə
- Hamilə və südverənlərə
- toksiki zob
- Qalxanvari vəz xəstəlikləri olanlara məsləhət deyil.
Balıq yağı adətən payız-qış fəslində məsləhət görülür.
Preparat və dozanı həkim təyin etməlidir. /medicina.az