Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

12 gündə Xankəndidə nələr baş verib?

12 gündə Xankəndidə nələr baş verib?

Tarix: 2 Oktyabr 2023 12:21

Antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunun erməni əhalisinin yaşadığı ərazilərində tarixi hadisələr yaşanır.

Milli.Az bildirir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı şəxsi feysbuk hesabında qeyd edib.

Separatçıların təslim olmasından indiyə qədər (20 sentyabr - 2 oktyabr) cəmi 12 gün keçməsinə baxmayaraq, artıq bölgənin təmizlənməsi və mərkəzi hakimiyyətin bərpası istiqamətində ciddi işlər görülüb.

Onların bir neçəsini təqdim edirik:

1. Ermənistan ordusunun ərazimizdə qalan birləşmələrinin tərki-silah edilərək, bölgədən çıxarılması, eləcə də qanunsuz silahlı dəstələrin təslim edilməsi prosesi davam edir;

2. Separatçı rejim rəsmi olaraq özünü buraxıb;

3. Xankəndidə separatçıların əski parçası yığışdırılıb;

4. Azərbaycan polisi şəhərdə fəaliyyətə başlayıb: qeyri-rəsmi məlumatlara görə, polisimiz keçmiş separatçı rejimin qondarma "daxili işlər nazirliyinin" binasında işləyir;

5. Şəhərdə poliklinika qurulub, təcili tibbi xidmətin işi təşkil edilib;

6. Xankəndinin elektrik enerjisi Azərbaycanın elektrik enerjisinə qoşulub: mobil operatorlar fəaliyyətə başlayıb, TV və radio yayımının təşkili planlaşdırılır;

7. Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları şəhərdə erməni sakinlərin qeydiyyatını yerində aparır;

8. Erməni terrorçuların həbs edilməsi və qanun qarşısına çıxarılması prosesi davam edir: Ruben Vardanyan, David Babayan, Lyova Mnatsakanyan, Davit Manukyan artıq barmaqlıqlar arasındadır;

9. Və ən əsası artıq Xocalı, Xocavənd, keçmiş Ağdərə rayonu və Xankəndidə Azərbaycanın suverenliyi bərpa edildi: hazırda mərkəzi hakimiyyətin bərpası prosesi istiqamətində intensiv işlər həyata keçirilir.

Milli.Az


Etiketlər:  gündə Xankəndidə nələr baş verib


RƏYLƏR