Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada ilk yeraltı məktəb tikilir

Ukraynada ilk yeraltı məktəb tikilir

Tarix: 2 Oktyabr 2023 15:06

Ukraynanın ilk yeraltı məktəbi Xarkov şəhərində tikiləcək.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bunu Xarkov meri İqor Terexov teleqramda yazıb.

Onun sözlərinə görə, bu şagirdlərə hətta raket təhlükələri zamanı da təhsillərini davam etdirməsinə kömək edəcək:

"Biz Ukraynada müasir normativ tələblərə cavab verəcək ilk yeraltı məktəb tikməyi planlaşdırırıq. Belə bir sığınacaq minlərlə Xarkov uşağına raket təhdidləri zamanı təhsilini davam etdirməyə imkan verəcək".

Terexov bildirib ki, sentyabrın 1-də Xarkov metrosunun bir sıra stansiyalarında ümumilikdə 17 sinif otağı açılıb.


Etiketlər:  Ukraynada yeraltı məktəb tikilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ