Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2023 08:18
Nigerin qərbində dini radikallar olduğu güman edilən şəxslərin hücumu nəticəsində 29 hərbçi ölüb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Agentlik diqqətə çatdırıb ki, bu, hərbçilər hakimiyyəti ələ keçirməsindən sonra ölkədə baş verən ən qanlı insidentdir.
Nazirliyin televiziya vasitəsilə yayımlanan bəyanatında deyilib ki, "100-dən çox terrorçu" hadisədə iştirak edib. Onun sözlərinə görə, hücum edənlər "əldəqayırma partlayıcı qurğular və kamikadze nəqliyyat vasitələrindən" istifadə ediblər.