Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Trampın bu vəzifəyə namizədliyi irəli sürüldü

Trampın bu vəzifəyə namizədliyi irəli sürüldü

Tarix: 4 Oktyabr 2023 11:54

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Troy Nels (Texasdan olan respublikaçı) partiya yoldaşı Kevin Makkarti (Kaliforniyadan) vəzifəsindən kənarlaşdırıldıqdan sonra Amerika qanunverici orqanının aşağı palatasının spikeri vəzifəsinə ölkənin keçmiş prezidenti Donald Trampın namizədliyini irəli sürüb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Kevin Makkarti bir daha spiker seçilmək istəməyəcək. Mən Donald Trampın Nümayəndələr Palatasının sədri vəzifəsinə namizədliyini irəli sürürəm", - Nels qeyd edib. Konqresin Aşağı Palatasının spikeri vəzifəsi ABŞ hökumət iyerarxiyasında üçüncü ən vacib vəzifədir.

Qeyd edək ki, bundan əvvəl ABŞ qanunverici orqanının aşağı palatasındakı əksəriyyət Makkartinin vəzifəsindən uzaqlaşdırılmasına səs verib. Ölkə tarixində ilk dəfə olaraq Nümayəndələr Palatasının sədri vəzifəsindən uzaqlaşdırılıb. Bu vəzifəni Şimali Karolinadan olan respublikaçı Patrik Makqenri konqresmenlər yenisini seçənə qədər icra edəcək.

Milli.Az


Etiketlər:  Trampın vəzifəyə namizədliyi irəli sürüldü


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ