Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski Prezident İlham Əliyevə zəng edib

Zelenski Prezident İlham Əliyevə zəng edib

Tarix: 4 Oktyabr 2023 18:57

Oktyabrın 4-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi əhəmiyyətli humanitar yardıma, xüsusilə qış şəraitində enerji sektoruna verilən dəstəyə görə təşəkkürünü bildirib.

Telefon söhbəti əsnasında dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə bir daha dəstək ifadə olunub, regional təhlükəsizlik, mövcud təhdidlər və gələcək əməkdaşlıq formatlarına dair fikir mübadiləsi aparılıb.


Etiketlər:  Zelenski Prezident İlham Əliyevə zəng edib


RƏYLƏR