Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2023 07:24
Ukrayna ABŞ və AB-dən müəyyən dəstək alır, Rusiya isə zəifdir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Əminəm ki, ABŞ-ın dəstəyi gələcəkdə də davam edəcək. Rusiya daha zəifdir, onların niyyəti münaqişəni dondurmaqdır. İnanıram ki, ABŞ bizimlə qalacaq, Avropa da bizim tərəfimizdə olacaq. Biz hər şeyi edəcəyik ki, dəstəyi itirməyək.
Dünya liderləri başa düşməlidirlər ki, Ukrayna xalqını qorumaq çox vacibdir, bu, həm də öz ölkəsini qorumaq deməkdir. Təcavüz dayanmasa, bu, bütün dünyaya təsir edəcək", - Zelenski vurğulayıb.