Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2023 07:54
Futbol üzrə 2024-ci il Avropa çempionatının seçmə mərhələsinin "D" qrupunda keçiriləcək Xorvatiya - Türkiyə matçına biletləri 8 dəqiqəyə satılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Xorvatiya Futbol Federasiyası məlumat yayıb.
Oyun 12 oktyabrda Osijek şəhərindəki Opus Arenada keçiriləcək.
Satışa çıxarılan 13 min bilet 8 dəqiqqə ərzində bitib.
Xatırladaq ki, 5 oyuna 10 xal toplyan Türkiyə millisi qrupda lideridir. Ondan üç oyun az oynayan Xorvatiya isə ikinci yerdə qərarlaşıb.