Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Akop Akopyandan Qarabağ AÇIQLAMASI: “30 ildən artıqdır ki...”

Akop Akopyandan Qarabağ AÇIQLAMASI: “30 ildən artıqdır ki...”

Tarix: 5 Oktyabr 2023 16:21

"Qarabağ münaqişəsi Ermənistan hakimiyyətinin siyasi ehtiyatsızlığı nəticəsində məntiqi sonluqla başa çatdı".

Sonxeber.net musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş mədəniyyət naziri, şair Akop Akopyan deyib.

"30 ildən artıqdır ki, biz Qarabağ problemini hökumət, hakimiyyəti saxlamaq, hakimiyyətdən çıxmaq, hakimiyyətin miras qalması və hakimiyyətin bir-birinə ötürülməsi məsələsinə çevirmişik. Həmin problemin belə bitməsi şübhə doğurmamalıdır. Bunun səbəbini xəbər alsanız, mən həm siyasi, həm də diplomatik nöqteyi-nəzərdən ağılsızlıq nəticəsində baş verdiyini deyərdim", - deyə keçmiş nazir bildirib.


Etiketlər:  Akop Akopyandan Qarabağ AÇIQLAMASI ildən artıqdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ