Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BNA Sabunçuda iki avtobusun qəza törətməsi barədə məlumat yaydı

BNA Sabunçuda iki avtobusun qəza törətməsi barədə məlumat yaydı

Tarix: 31 Oktyabr 2019 16:39

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyi Sabunçu rayonunda iki marşrut avtobusunun qəzaya uğraması barədə məlumat yayıb.

Agentliyin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə açıqlamasında bildirib ki, bir qədər əvvəl daşıyıcı Nazim Qəhrəmanovun müvəqqəti istismarında olan 106 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan (99 RS 657 Dövlət Qeydiyyat Nişanlı) avtobus “Azland Plaza” MMC-nin müvəqqəti istismarında olan 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusla toqquşub. Nəticədə 7 nəfər sərnişin xəsarət alıb. Hadisə ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi tərəfindən araşdırmalara başlanılıb.

Hər iki daşıyıcıdan yol nəqliyyat hadisəsi ilə bağlı izahat tələb olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Sabunçuda avtobusun qəza törətməsi barədə məlumat yaydı


RƏYLƏR