Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Vacib üç xal əldə etdik” - Qurban Qurbanov

“Vacib üç xal əldə etdik” - Qurban Qurbanov

Tarix: 6 Oktyabr 2023 02:08

"Futbolçularımı təbrik edirəm. Vacib üç xal əldə etdik".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçdə "Hakken"ə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur matçından sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis dəstəyə görə azarkeşlərə təşəkkür edib: "Futbolçular qarşılaşmanı tam idarə edə bildilər. Rəqibin topla yaxşı davranan və sürətli oyunçuları var idi. Biz get-gedə oyunu ələ aldıq. Qalib gəlmək istəyiriksə, daha diqqətli və aktiv olmalıyıq. Bəzi epizodlarda düzgün oynamadıq. Amma ümumən matçdan razı qaldım".

Qurbanov III və IV turda üz-üzə gələcəkləri Almaniyanın "Bayer 04" klubu ilə qarşılaşmalara da toxunub: "Hər görüşdə daha ciddi olmalıyıq. Həmişə güclü rəqiblərlə oynamağımızı istəmişəm. Bu, bizə faydalı olacaq və təcrübə qazandıracaq. Rəqib hazırda də ən pik formasındadır. Öz oyunumuzdan əl çəkməməyə çalışacağıq. Onları tam yaxından analiz edəcəyik. Yaxşı mübarizə aparmaq niyyətindəyik".

Milli.Az


Etiketlər:  Vacib üç xal əldə etdik Qurban Qurbanov


RƏYLƏR