Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrandan Azərbaycana 39 kq narkotik keçirilməsinin qarşısı alındı - FOTO

İrandan Azərbaycana 39 kq narkotik keçirilməsinin qarşısı alındı - FOTO

Tarix: 6 Oktyabr 2023 11:02

Oktyabrın 6-da saat 00:23-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Biləsuvar rayonu Səmədabad kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Milli.Az-a verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 39 kiloqram 658 qram narkotik vasitə və 700 ədəd Metadon M-40 psixotrop tərkibli həb aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az


Etiketlər:  İrandan Azərbaycana 39 kq narkotik keçirilməsinin qarşısı alındı FOTO


RƏYLƏR