Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İyrənc daşnaklar bundan istifadə edir - Aleksanyan

İyrənc daşnaklar bundan istifadə edir - Aleksanyan

Tarix: 6 Oktyabr 2023 14:48

Daşnaklar köksüz bir tayfadır və bircə işi bacarırlar: Vətəni dağıtmağı. Əgər qondarma müxalifət Qarabağ ermənilərindən öz maraqları üçün istifadə etməyə çalışmasaydı, mən təəccüblənərdim. Evsiz qalan soydaşlarımızdan ilk istifadə cəhdi nəticə vermədi: ölkə Qarabağ ermənilərinə hədsiz qayğı ilə yanaşırdı, minnətdar xalq onlara yardım edən hökumətə qarşı çıxmadı.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu erməni bloger Natali Aleksanyan Feysbuk səhifəsində yazıb.

"Amma Qarabağ ermənilərini hər zaman öz şəxsi məqsədləri üçün istismar edən müxalifətçilərimiz hər dəfə yeni bir şey ortaya qoyurlar. Deməliyəm ki, Nairi Ohikyan, Qagik Arutyunyan və digər daşnak fiqurları xeyriyyəçilik adı altında Qarabağ ermənilərini qızışdıraraq onları gələcək iğtişaşlara hazırlayırlar. Bu iyrənclər istənilən bədbəxtlikdən sui-istifadə edirlər və qarabağlıların köçü onlar üçün sadəcə bir hədiyyə idi. Əziz qarabağlılar, unutmayın. Sizə səmimi kömək təklif edən kimsə sizdən heç nə tələb etməyəcək. Əgər kömək müqabilində sizdən nəsə istəsələr, bu, kömək deyil, aldatma, saxtakarlıqdır. Çirkli məqsədlərinə çatmaq üçün sizi belə işə cəlb edərlər. Onların əlində daha bir oyuncağa çevrilməyin. Ermənilərin yeganə vətənini dağıtmalarına imkan verməyin. Ermənistan sizi ürəkdən sevir, onun dağılmasına töhfə verməyin. Bilirik ki, daşnakların zor gücünə can atdıqları hakimiyyətdə ölkəni nələr gözləyəcək", - Aleksanyan bildirib.


Etiketlər:  İyrənc daşnaklar bundan istifadə edir Aleksanyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ