Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa buna görə qınandı - VİDEO

Fransa buna görə qınandı - VİDEO

Tarix: 7 Oktyabr 2023 13:33

Nyu Yorkda keçirilən BMT Baş Assambleyasının 4-cü Komitəsində fransa müstəmləkəçilik siyasətinə görə qınanıb. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nəzdində fəaliyyət göstərən Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu İdarə Heyətinin üzvü, Fransanın dənizaşırı ərazisi olan Fransız Polineziyasının rəsmisi Ella Tokoragi çıxışı zamanı Fransanı müstəmləkə siyasətinə son qoymağa çağırıb

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, iclasda diqqət çəkən digər məqam isə budur ki, spiker sözü Ella Tokoragiyə verən zaman onu Bakı təşəbbüs qrupunun üzvü kimi təqdim edir.

Çıxış edən Ella Tokoragi Fransa müstəmləkəçiliyindən azad olmaq üçün mübarizələrini dəstəklədiyinə görə Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının fəaliyyətini yüksək qiymətləndirib, Fransa  administrasiyasını onlara qarşı aşağılayıcı rəftara görə qınayıb. Bildirib ki, Fransa 1966-1974-cü illərdə 200-ə yaxın nüvə sınağının vurduğu zərərin maddi, ekoloji və sosial baxımdan kompensasiyası prosesinə hələ də başlamayıb.

O, qeyd edib ki, Fransanın bu mövqeyi onun müstəmləkəçilik siyasətini davam etdirməsini göstərir. Üstəlik, bu, dekolonizasiyaya dair qərar qəbul edilməsinə baxmayaraq, Fransa hakimiyyətinin buna hörmət etməməsinin sübutudur.

Ella Tokoragi beynəlxalq birliyə çağırış edərək, Fransa müstəmləkəçiliyinə son qoymaqda köməklik göstərilməsini xahiş edib və bir gün övladların layiqli şəkildə öz torpaqlarında müstəqil yaşayacağına ümidvar olduğunu bildirib.

Məlumat üçün bildirək ki, Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində yaradılıb. Qrup XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Fransa buna görə qınandı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ