Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2023 10:18
İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 10 hədəfini, o cümlədən bir kəşfiyyat qərargahını və radikal hərəkatla əlaqəli iki bankı vurub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"İsrail bir müddət əvvəl HƏMAS terror təşkilatının 10 hədəfinə hücum edib. Hədəflər HƏMAS-ın istifadə etdiyi çoxmərtəbəli binalarda olub. Onların arasında terror təşkilatına məxsus kəşfiyyat qərargahı da var. HƏMAS-ın hava qüvvələrinin istifadə etdiyi hərbi kompleksə də hücum edilib. İsrail ordusu paralel olaraq terrorizm üçün vəsait toplayan HƏMAS terror təşkilatına aid iki banka hücum edib" - məlumatda deyilir.