Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Hizbullah” İsrail ordusunun mövqelərini atəşə tutduğunu etiraf etdi

“Hizbullah” İsrail ordusunun mövqelərini atəşə tutduğunu etiraf etdi

Tarix: 8 Oktyabr 2023 11:02

İranın himayə etdiyi Livanın Hizbullah qruplaşması İsrail Müdafiə Qüvvələrinin mövqelərinin atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb.

"Fələstin müqavimət qüvvələri ilə həmrəylik olaraq... bir qrup döyüşçümüz bu səhər işğal olunmuş Livanın Şebaa fermaları yaxınlığında sionist ordusunun üç mövqeyinə hücum edib" - bəyanatda deyilir.

Qrup nümayəndələri iddia edirlər ki, onlar İsrail ordusunun radar stansiyasını "birbaşa vura" biliblər.

Bundan əvvəl İsrail ordusu atəşə cavab olaraq Livanda bölgəyə zərbələr endirməyə başlayıb. Hizbullah Qəzza zolağında quru əməliyyatı olacağı təqdirdə İsrailə hücum etməyə hazır olduğunu bəyan edib.

Milli.Az


Etiketlər:  Hizbullah İsrail ordusunun mövqelərini atəşə tutduğunu etiraf etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ