Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" səfərdə "Neftçi"yə qalib gəlib

Tarix: 8 Oktyabr 2023 21:38

Futbol üzrə Azərbaycan Premyer Liqasında I dövrəyə yekun vurulub.

Milli.Az report-a istinadən xəbər verir ki, IX turun sonuncu oyununda "Neftçi" "Qarabağ"ı qəbul edib.

"Neftçi Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 2:0. İlk qolu 46-cı dəqiqədə Olavio Juninyo vurub. 88-ci dəqiqədə Redon Cica adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran "köhlən atlar" lider "Zirə"yə çatıb. "Ağ-qaralar" isə 12 xalla beşinci sıradadır.

Qeyd edək ki, günün ilk görüşündə "Sumqayıt" "Kəpəz"i 1:0 hesabı ilə yenib. IX turun digər matçlarında "Zirə" "Turan Tovuz"u (2:1), "Səbail" "Qəbələ"ni (1:0) məğlub edib. "Sabah" - "Araz-Naxçıvan" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.

Milli.Az


Etiketlər:  Qarabağ səfərdə Neftçiyə qalib gəlib


RƏYLƏR