Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mahir Emreli “Dinamo Zaqreb”in qələbəsinə töhfə verdi

Mahir Emreli “Dinamo Zaqreb”in qələbəsinə töhfə verdi

Tarix: 8 Oktyabr 2023 22:08

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) komandası Xorvatiya çempionatında növbəti oyununu keçirib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi XI turda "İstra"nı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib. Matça start heyətində başlayan Emreli ikinci qolda məhsuldar ötürmə ilə yadda qalıb.

Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran "Dinamo" üçüncü pillədə qərarlaşıb.


Etiketlər:  Mahir Emreli Dinamo Zaqrebin qələbəsinə töhfə verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ