Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur futbolçudan yeni rekord

Məşhur futbolçudan yeni rekord

Tarix: 9 Oktyabr 2023 20:02

Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Mats Hummels yeni rekorda imza atıb.

Milli.Az "report"a istinadən bildirir ki, 34 yaşlı müdafiəçi buna "Union"a (Berlin) 4:2 hesabı ilə qalib gəldikləri VII turun oyununda nail olub.

Bundesliqada 207-ci qələbəsini qazanan təcrübəli oyunçu Dortmund təmsilçisinin sabiq yarımmüdafiəçisi Mixael Sorkun (206) rekordunu qırıb.

Qeyd edək ki, "Bavariya"nın yetirməsi olan Mats Hummels 2008-2016-cı illərdə "Borussiya"da çıxış edib. 2016-2019-cu illərdə Münhen təmsilçisinin formasını geyinən futbolçu 2019-cu ildə yenidən "qara-sarılar"a qayıdıb.

Milli.Az


Etiketlər:  Məşhur futbolçudan yeni rekord


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ