Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Özünə qəbir qazdıran azərbaycanlı məşhurlar - FOTO

Özünə qəbir qazdıran azərbaycanlı məşhurlar - FOTO

Tarix: 10 Oktyabr 2023 01:05

Rusiyalı tanınmış müğənni Alla Puqaçova Moskvadakı "Kuzminsk" qəbiristanlığında özünə məzar yeri alıb.

Estrada ulduzunun hazırlatdığı ailə məzarlığının ətrafına hasar çəkiləcək və üzərinə xüsusi gerb həkk olunacaq.

Milli.Az yenicag-a istinadən xəbər verir ki, Azərbaycanda da sağ ikən özünə qəbir yeri alan məşhurlar var.

Onlardan biri tanınmış meyxanaçı Ağamirzədir. Sənətçi 5 ildən çoxdur atasının dəfn olunduğu qəbiristanlıqda özünə məzar yeri götürüb. Sənətçinin qəbri artıq qazılıb, içi lazımi qaydada hörülüb, üstünə isə torpaq tökülərək hazır vəziyyətdə saxlanılır.

Onun bu qərarı ailəsi və qardaşları tərəfindən etirazla qarşılansa da, sonradan meyxanaçının bu addımını dəstəkləyiblər. "Allah nə vaxt fərman versə, buraya gələcəyəm", - deyən Ağamirzə ölümün haqq olduğunu və hər kəsin öz vaxtında son mənzilə yola salınacağını bildirib.

Özünə qəbir qazdıran digər məşhur müğənni isə Afət Fərmanqızıdır. Sənətçi 4 ildən artıqdır ki, bu istəyini reallaşdırıb. Kənddə atasının məzarının yanında yer götürərək özünə qəbir qazdırdığını açıqlayıb: "Gec-tez hamımız haqq dünyasına qovuşacağıq".

Milli.Az


Etiketlər:  Özünə qəbir qazdıran azərbaycanlı məşhurlar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ