Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gülnarə Xəlilovanın ''Qarabağ'' kolleksiyası Qazaxıstanda təqdim olundu - VİDEO - FOTO

Gülnarə Xəlilovanın ''Qarabağ'' kolleksiyası Qazaxıstanda təqdim olundu - VİDEO - FOTO

Tarix: 10 Oktyabr 2023 15:30

Şuşa şəhərinin 2023-cü il üzrə "Türk dünyasının mədəniyyət paytaxtı" statusunu daşıması ilə əlaqədar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun "Şuşa şəhəri günləri" layihəsi Şuşa şəhər Dövlət Qoruğu İdarəsi və Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində Qazaxıstanın Astana və Türkistan şəhərlərində təşkil edilib.

Təbbirlər çərçivəsində tanınmiş dizayner Gülnarə Xəlilovanın "Qarabağ" kolleksiyası böyük maraq doğurub. Bu kolleksiya Azərbaycan mədəniyyətində xüsusi yer tutur və Qarabağın geri qaytarılmasına həsr olunur. Qarabağın 12 tarixi şəhərini (Ağdam, Ağdərə, Cəbrayıl, Füzuli, Xankəndi, Xocalı, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa və Zəngilan), eyni zamanda, əsrlər boyu formalaşmış milli ənənələri və mənəvi dəyərləri özündə cəmləşdirir.

Gülnarə Xəlilova qeyd edib ki, layihənin əsas məqsədi Azərbaycanın və bütövlükdə türk dünyasının ayrılmaz hissəsi olan Qarabağın çoxəsrlik geyim mədəniyyətini geniş auditoriyaya çatdırmaqdır.

Gülnarə Xəlilova-Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.


Etiketlər:  Gülnarə Xəlilovanın Qarabağ kolleksiyası Qazaxıstanda təqdim olundu VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ