Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəstəxanada rüsvayçı olay - Tibb işçisi... - FOTO

Xəstəxanada rüsvayçı olay - Tibb işçisi... - FOTO

Tarix: 10 Oktyabr 2023 19:16

Türkiyədə xəstəxanaların birində tibb işçisi Emre Kale reanimasiyada müalicə olunan  ağciyər xərçəngi 63 yaşlı qadına cinsi təcavüz edib.

Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ilə bağlı hazırlanan iddianamədə iyrənc detallar yer alıb. Kalenin yaşlı qadına müalicəsində istifadə edilməyən tərkibində hidromorfin olan dərman verəndən sonra ona cinsi təcavüz etdiyi məlum olub.

Xəbər üzərinə işə başlayan polis şübhəli Emre Kaleni saxlayıb. Polis idarəsində təhlükəsizlik görüntüləri göstərilərkən şübhəli "Xəstəyə verdiyim dərmanlar onun öz elektron sistemindəki dərmanlardır, qalan görüntülər üçün deyəcəyim bir şey yoxdur" deyib.

Emre Kale polis bölməsində verdiyi ifadələrin ardından məhkəmə tərəfindən həbs olunaraq həbsxanaya göndərilib. Qadın isə hadisədən qısa müddət sonra dünyasını dəyişib.


Etiketlər:  Xəstəxanada rüsvayçı olay Tibb işçisi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ