Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Röyadan xəyanətlə bağlı suala maraqlı cavab: ''Gəzsin, dolansın da...'' - VİDEO

Röyadan xəyanətlə bağlı suala maraqlı cavab: ''Gəzsin, dolansın da...'' - VİDEO

Tarix: 10 Oktyabr 2023 23:10

Ötən gün Atv kanalında yayımlanan "Rəngarəng" verilişində qonaq olan Xalq artisti Röya Ayxan kişi xəyanətini normal baxdığını etiraf edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, sənətçi aparıcının "Xəyanəti bağışlayarsınızmı" sualına belə cavab verib:

"Bağışlayaram, kişi xeylağıdı də. Amma situasiyalar başqadır, başqasının da həyatına girə bilmərik. O hisslərdən danışmıram. Ümumiyyətlə, harasa gediblər, yeyib-içiblər, səhər evə gələndə buna görə niyə davam edirəm? Gəzsin, dolansın da, amma daha evdəkini də ac saxlamasın. Mənə pul versin və desin ki, get bu komplekti, brilliantları al. Mən də gedim alım. Yadımdan çıxacaq axşam harda olub. Bütün qadınlar hədiyyə və yaxşı yaşamağı sevir. O, o zaman stress keçirir ki, həm sevgisiz qalır, həm də baxımsız qalır, övladlarının dalınca, ora-bura tək qaçır. İndi mən başqa həyatı yaşadığım üçün mənim baxışımdır, başqa cür baxanlar da başqadılar".

Sənətçi həmçinin nişanlı olduğunu gizlədən qardaşından da söz açıb:

"Qardaşımın nişanından sonra şəklini qoymuşdum. 10 dəqiqədən sonra mənə şəklini pozdurub. Deyir ki, burda elə bilirlər ki, mən subayam. Sən niyə qızla mənim şəkillərimi qoyursan. Hələ bu mənim qardaşımdı da".

Milli.Az


Etiketlər:  Röyadan xəyanətlə bağlı suala maraqlı cavab Gəzsin dolansın VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ