Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur müğənni pişiyinə 3 milyon xərclədi - FOTO

Məşhur müğənni pişiyinə 3 milyon xərclədi - FOTO

Tarix: 11 Oktyabr 2023 00:00

Türkiyənin məşhur müğənnisi Ajda Pekkanın pişiyi Püskül üçün 3 milyon lirə (təxminən 183 900 manat xərclədiyi bildirilib.   

Milli.Az lent.az-a istinadən bildirir ki, təyyarə ilə səyahət etməyi sevməyən sənətçi pişiyi ilə rahat gəzə bilmək üçün xüsusi pikap tipli avtomobil dizayn etdirib. O, ətrafındakı yaxın dostlarına deyib: "Mən də modelyer Karl Lagerfeld kimi mirasımın bir hissəsinin pişiklərə bağışlayacam".

Qeyd edək ki, Ajda Pekkan 10 il əvvəl verdiyi müsahibə zamanı "Mənim on itim 3 pişiyim var. Öləndə məni heyvanlar qəbiristanlığında dəfn edərsiniz" vəsiyyətini edib.

Milli.Az


Etiketlər:  Məşhur müğənni pişiyinə 3 milyon xərclədi FOTO


RƏYLƏR