Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident: Bu regionumuzda təhlükəsizliyin möhkəmlənməsi üçün imkanlar yaradır

Prezident: Bu regionumuzda təhlükəsizliyin möhkəmlənməsi üçün imkanlar yaradır

Tarix: 11 Oktyabr 2023 17:39

Ölkələrimizin yerləşdiyi regionlarda, əlbəttə, xarici təhdidlər də mövcuddur və bu istiqamətdə operativ iş riskləri minimuma endirməyə imkan verir. Bizim ölkələrin yerləşdiyi məkanda ictimai-siyasi sabitliyin möhkəmləndiyini görmək sevindiricidir və dövlətlərimiz bir çox çağırışların öhdəsindən uğurla gəlir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçıları ilə görüşdə deyib.

"Azərbaycana gəldikdə, artıq bizim daxili təhdidlərimiz yoxdur. Üç həftə əvvəl həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub. Əlbəttə, bu, regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır. Biz buna çalışırıq və hesab edirik ki, başqa alternativ yoxdur", - deyə dövlətimizin başçısı qeyd edib.

Milli.Az


Etiketlər:  Prezident Bu regionumuzda təhlükəsizliyin möhkəmlənməsi üçün imkanlar yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ