Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“TikTok”da möhtəşəm YENİLİK

“TikTok”da möhtəşəm YENİLİK

Tarix: 12 Oktyabr 2023 08:16

"TikTok" tərtibatçıları videoları yerləşdirməklə bağlı möhtəşəm yeniliyə imza atıblar. Belə ki, sosial şəbəkədə videolar artıq üçüncü tərəf platformalarının köməyi ilə yayımlana bilər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

Məlumata görə, "Direct Post" adlanan yeni funksiya "Adobe Premiere Pro", "Adobe Express", "Twitch" və "CapCut", "TikTok"un öz redaktə proqramı və s. kimi platformalarla inteqrasiya edir.

"Direct Post"dan istifadə etmək üçün müəlliflər "TikTok" hesablarını video redaktoruna qoşmalıdırlar. Təsdiq tamamlandıqdan sonra "API Content Posting"ə giriş verilir.

Artıq "TikTok"a daxil olmadan, məsələn, "CapCut"ın masaüstü versiyasından yayımlama parametrlərini təyin etmək və video göndərmək mümkün olacaq.

Analoji olaraq, "Adobe Premiere Pro" və "Adobe Express"-dən "TikTok"da videolar dərc etmək mümkündür.

Milli.Az


Etiketlər:  TikTokda möhtəşəm YENİLİK


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ