Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2023 21:32
Xəbər verdiyimiz kimi, Avropa İttifaqı (Aİ) Komissiyası son günlər "X" sosial media platformasına zorakılıq da daxil olmaqla qanunsuz məzmun və dezinformasiya yayıldığı üçün xəbərdarlıq edilib.
Sonxeber.net olay-a istinadən bildirir ki, bununla bağlı ötən gün platformanın sahibi, milyarder İlon Maksa məktub göndərilib və ona paylaşımların silinməsi üçün 24 saat vaxt verilib.
"X"-in baş direktoru Linda Yaccarino Avropa İttifaqına cavab verib.
Yaccarino, platformada dezinformasiya və qeyri-qanuni məzmunlu yazıları silmək üçün xüsusi komanda yaratdığını açıqlayıb.
O, şirkətin yaratdığı komandanın platformadan on minlərlə dezinformasiya və qeyri-qanuni məzmunu sildiyini bildirib. Həmçinin platformada terror qrupları, zorakılıq və ya ekstremizmlə əlaqəsi olduğu aşkarlanan yüzlərlə hesab bağlanıb.