Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur aktyor danışıq qabiliyyətini itirib - FOTO

Məşhur aktyor danışıq qabiliyyətini itirib - FOTO

Tarix: 12 Oktyabr 2023 21:45

Afaziya diaqnozu qoyulduğu üçün karyerasını bitirən aktyor Brüs Uillisin səhhəti pisləşib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə "Ay işığı" serialının rejissoru Qlenn Qordon Karon "PageSix"ə açıqlamasında deyib. O, Brüsün vəziyyətinin durmadan pisləşdiyini və artıq nitq qabiliyyətini itirdiyini vurğulayıb.

"Hiss etdim ki, ilk bir neçə dəqiqədə o, mənim kim olduğumu xatırladı. Hazırda onun vəziyyəti durmadan pisləşir. Danışıq qabiliyyətini itirib, lakin o, hələ də Brüsdür" deyə, o, söyləyib.

Hazırda Brüsə həyat yoldaşı Emma Heminq baxır.

Milli.Az


Etiketlər:  Məşhur aktyor danışıq qabiliyyətini itirib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ